Bakıda həbsxanada ƏMƏLİYYAT:  məhkumun üzərindən "patı" çıxdı
06 avqust 2021 10:51 (UTC +04:00)

Bakıda həbsxanada ƏMƏLİYYAT: məhkumun üzərindən "patı" çıxdı

Bakı İstintaq təcridxanasına narkotik vasitələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Lent.az-a verilən xəbərə  görə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş Cavadova Mahirə Nadir qızının üzərinə baxış keçirilib. Bu zaman əl çantasında olan ənlik fırçasının içərisində gizlədilmiş ümumi çəkisi 2,341 qram olan narkotik vasitə - “Heroin” və kristal formada olan maddənin ümumi çəkisi 1,157 qram “Amonyum Sulfat” aşkar edilib.

Həmçinin Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş Vəliyev Hüseyn Vəlixan oğlunun üzərinə baxış keçirilən zaman alt paltarında gizlədilmiş 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,05 qram olan narkotik vasitə - “Metamfetamin” aşkar edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Narkotik gizlədilən əşya​​​​​

# 1959
avatar

Mehman Nəbiyev

Oxşar yazılar