Gəncədə evdə YANĞIN:  yeniyetmə qız tüstüdən zəhərləndi - FOTO
21 noyabr 2026 12:05 (UTC +04:00)

Gəncədə evdə YANĞIN: yeniyetmə qız tüstüdən zəhərləndi - FOTO

0

Gəncədə fərdi yaşayış evində yanğın baş verib, bir nəfər tüstüdən zəhərlənib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Xəqani küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 120 kvadratmetr olan evin 15 kvadratmetrlik mətbəxində yanğın başlayıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.

Yanğın qısa müddətdə ətrafa yayılmasına imkan verilmədən söndürülüb. Nəticədə mətbəxdəki mebel, “Lotus” markalı aspirator, qaz sobası və “LG” markalı paltaryuyan maşın yanıb.

Yanğın zamanı ev sahibinin 17 yaşlı nəvəsi A. Əsədova tüstüdən zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar