Bakıda kütləvi dava:  bıçaqlananlar var
31 mart 2024 02:20 (UTC +04:00)

Bakıda kütləvi dava: bıçaqlananlar var

Bakının Nəsimi Rayonunda dava zamanı 3 nəfər bıcaqlanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Cavadxan küçəsində baş verib.

Belə ki, 6 nəfər arasında düşən dava zamanı 2005-ci il təvəlüdlü  Quliyev Kənan Rəşad oğlu, 2001-ci il təvəlüdlü Haqverdiyev Rövşən Zaur oğlu və 2002-ci il təvəlüdlü Zeynalov Sadiq Zabit oğlu bıçaqlanıb.

Yaralılar ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları araşdırır.

# 4308
avatar

Oxşar yazılar