Bakıda mağazalardan oğurluq edən tutuldu
28 sentyabr 2023 16:24 (UTC +04:00)

Bakıda mağazalardan oğurluq edən tutuldu

Bakıda mağazalardan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakıxanov qəsəbəsi ərazisində yerləşən 3 mağazadan ümumilikdə 550 manat pul, 2200 manat dəyərində tütün məmulatı, ərzaq məhsulları və müşahidə kamerasının bloku oğurlanıb.

Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Xəlilov saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3256

Oxşar yazılar