Bakıda maşın qiymətinə  olan telefon oğurlandı
25 dekabr 2025 12:35 (UTC +04:00)

Bakıda maşın qiymətinə olan telefon oğurlandı

0

Bakının Nizami rayonunda oğurluq olub.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, rayon ərazisindəki şirniyyat mağazasından 2000 manat nağd pul naməlum şəraitdə oğurlanıb. Nizami RPİ 25-ci Polis Şöbəsinə daxil olmuş müraciət əsasında keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 29 yaşlı R.Tarverdizadə müəyyən edilərək saxlanılıb.

Nəsimi rayonunda isə ticarət mərkəzlərinin birindən 4049 manat dəyəri olan mobil telefonu oğurlayan 56 yaşlı L.Həsənov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar