Bakının Nəsimi rayonunda zərərçəkən polisə müraciət edərək “Tufan” markalı motosikletinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb. İkitəkərli nəqliyyat vasitəsi isə sahibinə geri qaytarılıb.
Sumqayıt şəhərində isə müxtəlif vaxtlarda ayrı-ayrı iki marketdən oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı S.İsgəndərzadə və 43 yaşlı İ.Hüseynzadə də polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.