Bakıda "Nissan" "Mustang"la toqquşdu,  külli miqdarda ziyan dəydi -FOTO
11 aprel 2024 03:24 (UTC +04:00)

Bakıda "Nissan" "Mustang"la toqquşdu, külli miqdarda ziyan dəydi -FOTO

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "Ford Mustang" və “Nissan” markalı minik avtomobilləri toqquşub. Avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb edilib. Qəzaya uğrayan avtomobillər yoldan götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

# 2892
avatar

Oxşar yazılar