“İnter Mayami”nin Messidən nə qədər qazandığı məlum olub
04 may 2024 17:15 (UTC +04:00)

“İnter Mayami”nin Messidən nə qədər qazandığı məlum olub

ABŞ-ın “İnter Mayami” klubu argentinalı ulduz Lionel Messinin gəlişindən sonra klubun büdcəsinin səviyyəsi barədə məlumat verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, komandanın baş meneceri Xavyer Asensi Messi ilə müqavilə bağladıqdan sonra klubun büdcəsinin iki dəfədən çox artdığını bildirib.

“Messinin gəlişi ilə 60 milyonluq büdcəsi olan komandadan 125-130 milyona keçdik. Bu il dövriyyəmizin 200 milyon və ya daha çox artacağını gözləyirəm.

Bu, müvəqqəti stadionu nəzərə alsaq, böyük məbləğdir. Leo bizi növbəti mərhələyə aparır”, - Asensi bildirib.

Hazırda MLS Şərq Konfransında 21 xalla “İnter Mayami” başçılıq edir. Messi bu mövsüm 7 oyuna 9 qol vuraraq MLS-də qol yarışına başçılıq edir. Qol+ötürmə sistemində də argentinalı liderdir - 13 (9+4) xal.

Qeyd edək ki, Lionel 2023-cü ildə “İnter Mayami”yə keçib. Onun Amerika klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2409
avatar

Oxşar yazılar