Lənkəranda uşağın əli ətçəkən maşında  qaldı
04 may 2024 16:35 (UTC +04:00)

Lənkəranda uşağın əli ətçəkən maşında qaldı

13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, Lənkəran rayonunun Osaküçə kənd sakini 2011-ci il təvəllüdlü A.İ.Babayevanın barmaqları ətçəkən maşında qalıb. A.Babayeva Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və köməyə FHN-nin Cənub Regional Mərkəzinin xüsusi riskli xilasetmə qüvvələri cəlb olunub.

Görülən tədbirlər nəticəsində yeniyetmənin barmaqları ət çəkən maşından çıxarılıb.

# 2025
avatar

Oxşar yazılar