Bakıda oğlan ondan ayrılan sevgilisini döyüb.
Lent.az-ın sosial şəbəkələrə istinadən məlumatına görə, zərərçəkmiş Şərafət Babayeva bildirib ki, ayrıldığı sevgilisi Əhmədov Murad Ələddin oğlu yaşadığı evə pəncərədən daxil olaraq ona və anasına xəsarət yetirib.
Xanım iddia edir ki, oğlanın babası Oqtay Atakişiyev Müdafiə Sənayesi Nazirliyində çalışır və vəzifəli şəxsdir.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli insidentlə bağlı Lent.az-a bildirib ki, mayın 2-də saat 19:30 radələrində paytaxt sakini Şərafət Babayevanın yaşadığı ünvanda tanışı 20 yaşlı Murad Əhmədov tərəfindən döyülməsi və ona kəsici alətlə xəsarət yetirilməsi barədə polisə müraciəti üzrə araşdırma aparılır.
Əməli törətməkdə şübhəli bilinən M.Əhmədov saxlanılaraq Polis Şöbəsinə gətirilib, müvafiq izahatlar alınıb. Təhqiqat araşdırmaları davam etdirilir.