Üçü də  klubdan gedir: "Mançester Yunayted" yeni qapıçı  axtarır
26 iyun 2026 19:40 (UTC +04:00)

Üçü də klubdan gedir: "Mançester Yunayted" yeni qapıçı axtarır

0

“Mançester Yunayted” yay transfer pəncərəsində qapıçı heyətində ciddi dəyişikliklər etməyə hazırlaşır.

Lent.az xəbər verir ki, klubun əsas qapıçıları Andre Onana və Altay Bayındırın, eləcə də gənclər komandasının qapıçısı Radek Vitekin yayda komandadan ayrılması ehtimalı yüksək qiymətləndirilir.

“Qırmızı şeytanlar” bu futbolçuların əvəzinə üç təcrübəli qapıçıdan birini transfer edə bilər. Namizədlər sırasında Sam Conston, Karl Darlov və Anqus Qann yer alır.

Hazırda komandanın əsas qapıçısı Senne Lammens hesab olunur. Belçikalı qolkiper ötən mövsüm bütün turnirlərdə 37 oyunda meydana çıxıb və bunların səkkizində qapısını toxunulmaz saxlayıb.

Senne Lammensin "Mançester Yunayted"lə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, onun bazar dəyəri hazırda 35 milyon avro təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar