Məktəblərə pul ilə   müəllim düzəldən HƏBS OLUNDU
26 iyun 2026 16:20 (UTC +04:00)

Məktəblərə pul ilə müəllim düzəldən HƏBS OLUNDU

1

Abşeronda bir neçə nəfərə qarşı dələduzluq edən həbs olunub.

Lent.az xəbər verir ki, 45 yaşlı Vidadi Babayev (ad və soyad şərtidir) dələduzluqda ittiham olunur.

İttiham aktına görə, o, zərərçəkmişlərə özünün Elm və Təhsil Nazirliyində, həmçinin “Asan Xidmət”də yüksək vəzifədə işləyən tanışlarının olduğunu deyib. Bu üsulla o, bir nəfərdən qızının Yasamal rayonundakı “Asan Xidmət” mərkəzində işə düzəlməsi üçün 9 min, digər şəxsdən isə Bakıda məktəblərin birinə ibtidai sinif müəllimi keçməsi üçün 15 min manat alıb. Vidadinin “xeyirxah” əməlləri bunlarla bitməyib.

O, həmçinin bir zərərçəkəndən oğlunun Bədən Tərbiyəsi və İdman Akademiyasında məşqçi ixtisasında təhsil alması və digər zərərçəkəndən Ağdamın Rzalı kənd məktəbinə ingilis dili müəllimi düzəlməsi üçün hər birindən 12 min manat pul alıb. Sonuncu aldadılan şəxs isə Cəlilabadın Xəlilli kənd məktəbində riyaziyyat fənnindən dərs demək üçün Vidadiyə üz tutub. Bu “üz tutmaq” da ona 15 min manata başa gəlib. Lakin V. Babayev zərərçəkənlərə verdiyi vədləri yerinə yetirməyib.

Zərərçəkənlərin şikayətləri əsasında Vidadi Babayev saxlanılıb və barəsində dələduzluq maddəsilə cinayət işi açılıb.

Məhkəmə zamanı zərərçəkənlər onlara dəyən ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bildiriblər.

Məhkəmənin qərarı ilə Vidadi Babayev 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 572

Oxşar yazılar