Bütün növlər niyə yox oldu?  - Yer üzündəki qədim fəlakətlərə dair YENİ NƏZƏRİYYƏ
26 iyun 2026 15:38 (UTC +04:00)

Bütün növlər niyə yox oldu? - Yer üzündəki qədim fəlakətlərə dair YENİ NƏZƏRİYYƏ

0

Tədqiqatçılar dünya tarixində baş vermiş ən böyük kütləvi məhvlərlə bağlı qeyri-adi fərziyyə irəli sürüblər. Onların fikrincə, milyonlarla il əvvəl Yerə yaxın məsafədən keçən cırtdan planetlər bu fəlakətlərdə həlledici rol oynamış ola bilər.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, məlumata görə, söhbət vaxtaşırı Yerə yaxınlaşan cırtdan planetlərdən və planet kütləsinə malik digər səma cisimlərindən gedir.

Araşdırmanın müəllifi, professor Daniele Fargion hesab edir ki, belə yaxınlaşmalar son dərəcə güclü cazibə qüvvəsi təsirləri yarada bilərdi. Onun fikrincə, bu təsirlər nəhəng sunamilərə, genişmiqyaslı vulkan püskürmələrinə, dünya okeanının səviyyəsinin dəyişməsinə və kəskin iqlim dalğalanmalarına səbəb olub.

Alim qeyd edir ki, Yer tarixində baş vermiş ən böyük kütləvi məhvlərin bir çoxu ciddi təbii fəlakətlərlə eyni dövrə təsadüf edib. Bununla belə, bəzi hadisələrin səbəbi hələ də tam aydın deyil. Məsələn, Perm və Trias dövrlərinin sərhədində baş vermiş ən böyük kütləvi məhv hadisəsi üçün indiyədək böyük asteroidin Yerə düşməsini təsdiqləyən inandırıcı izlər aşkar edilməyib.

Yeni nəzəriyyəyə görə, Yerə yaxın keçən iri səma cisimləri Ayın orbitini dəyişdirə və planetimizin fırlanma sürətinə də təsir göstərə bilərdi. Professor Fargion bunu milyonlarla il əvvəl Yer–Ay sistemində baş vermiş mümkün dəyişiklikləri göstərən qədim mərcanların məlumatları ilə əlaqələndirir.

Bununla belə, bu hipotez hələ elmi ictimaiyyət tərəfindən geniş qəbul edilməyib. Alim hesab edir ki, nəzəri cəhətdən belə hadisələrin gələcəkdə də təkrarlanması mümkündür. O, buna görə də Günəş sisteminin uzaq bölgələrinin diqqətlə öyrənilməsinin və potensial təhlükə yarada biləcək iri səma cisimlərinin əvvəlcədən müəyyən edilməsinin vacibliyini vurğulayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar