Bakıda turizm şirkətindən  20 min manat  oğurlandı
21 noyabr 2025 14:15 (UTC +04:00)

Bakıda turizm şirkətindən 20 min manat oğurlandı

0

Nəsimi rayonunda talama cinayəti qeydə alınıb.

Lent.az DİN-ə istinanadən xəbər verir ki, naməlum şəxs axşam saatlarında rayon ərazisində yerləşən turizm şirkətlərinin birindən 20 min manat oğurlayıb.

Bu barədə zərərçəkən tərəf polisə məlumat verib.  

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ş.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun daha bir vətəndaşa məxsus mağazadan 620 manat oğurladığı da məlum olub.

Digər tədbirlər zamanı isə rayon ərazisində yerləşən özəl klinikaların birindən 540 manat oğurlamaqda şübhəli bilinən Ş.Həsənov da tutulub.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 112

Oxşar yazılar