Dünyanın ən böyük elektrikli kommersiya gəmisi  fəaliyyətə başladı
28 oktyabr 2026 21:44 (UTC +04:00)

Dünyanın ən böyük elektrikli kommersiya gəmisi fəaliyyətə başladı

0

130 metr uzunluğundakı dünyanın ən böyük tam elektrikli kommersiya gəmisi “China Zorrilla” Cənubi Amerikada ilk kommersiya səfərini həyata keçirib.

Lent.az xəbər verir ki, gəmi Argentina ilə Uruqvay arasında fəaliyyət göstərəcək.

“Buquebus” şirkətinə məxsus gəmi 2100 sərnişin və 225 avtomobil daşımaq qabiliyyətinə malikdir. Onun batareyaları 40 meqavat-saatdan çox enerji saxlaya bilir.

Dizel mühərrikləri əvəzinə batareyalarla işləyən gəmi hərəkət zamanı birbaşa işlənmiş qaz emissiyası yaratmır və daha səssiz fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar