AFFA hakimləri söyən klub prezidentini  cəzalandırdı
28 oktyabr 2026 17:30 (UTC +04:00)

AFFA hakimləri söyən klub prezidentini cəzalandırdı

0

AFFA İntizam Komitəsi "Səbail" klubunun prezidenti Mirzə Bayrampur və futbolçu Rubin Seyidovla bağlı qərar qəbul edib.

Lent.az-ın xəbərinə görə, qərara əsasən, hər iki şəxs dörd oyunluq cəzalandırılıb.

Buna I Liqanın VI turunda keçirilən "Şahdağ Qusar" - "Səbail" qarşılaşmasından sonra onların dəhlizə daxil olaraq hakimləri təhqir etməsi və hədələməsi səbəb olub.

Hadisələrlə əlaqədar "Səbail" klubu da maliyyə sanksiyalarına məruz qalıb. Mirzə Bayrampurun davranışına görə klub 3000 manat cərimələnib.

Bundan başqa, oyunun 85-ci dəqiqəsində azarkeşlərin meydana kənar əşya atmasına görə "Səbail"ə 600 manat, qarşılaşmadan sonra hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilməsinə görə isə 1500 manat cərimə tətbiq edilib.

Rubin Seyidovun hakimləri təhqir etməsi və hədələməsi ilə bağlı kluba əlavə 3000 manat cərimə kəsilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar