Füzulidə yeniyetmənin ŞOK QİSASI:  atasına görə 86 minlik malı YANDIRDI
28 oktyabr 2026 17:39 (UTC +04:00)

Füzulidə yeniyetmənin ŞOK QİSASI: atasına görə 86 minlik malı YANDIRDI

0

Füzulidə yeniyetmə qonşusunun tövləsini yandıraraq, külli miqdarda ziyan vurub.

Lent.az xəbər verir ki, hadisə Qayıdış qəsəbəsində qeydə alınıb.

17 yaşlı Səbuhi Həsənov (şərti adla) gecəyarı həmkəndlisinin heyvanları üçün yığdığı yonca bağlamalarına od vurub. Yanğın daha sonra tövləyə keçib. Nəticədə tövlə, içərisindəki onlarla heyvan, yaxınlıqdakı su çənləri, yük avtomobilə məxsus mühərrik və sürətlər qutusu yanıb. Bununla da zərərçəkənə ümumilikdə 86 min 402 manat məbləğində ziyan vurub.

İttiham aktına görə, Səbuhinin bu əməli törətməsinə səbəb atasının zərərçəkənlə bir neçə il mübahisə etməsidir. Qeyd olunur ki, Səbuhi məhz həmin məsələyə görə, qonşusunun tövləsini qisas məqsədilə yandırıb.

Faktla bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsilə cinayət işi açılıb.

Məhkəmə araşdırması zamanı Səbuhinin yetkinlik yaşına çatmaması, həmçinin yanğın zamanı tövləni açıb heyvanları xilas etməsi yüngülləşdirici hal kimi nəzərə alınıb.

Məhkəmə S. Həsənov barəsində 2 il sınaq müddəti olmaqla 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etməsi təyin edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar