Bayrama görə evə buraxılan  məhkum iki nəfəri bıçaqladı
28 may 2026 17:24 (UTC +04:00)

Bayrama görə evə buraxılan məhkum iki nəfəri bıçaqladı

1

Türkiyədə Qurban bayramı icazəsi ilə evə buraxılan məhkum Şafak Ö. həyat yoldaşını və başqa bir qadını bıçaqlayıb. 

Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Kocaelinin İzmit rayonu, Topçular küçəsində qeydə alınıb.

Həbsxanadan bayram icazəsi ilə çıxan Şafak Ö. hələlik məlum olmayan səbəbdən həyat yoldaşı Gülişah Ö. və evdə olan Eda D.-yə hücum edib. Hər iki qadın kürək nahiyəsindən aldıqları bıçaq zərbələri nəticəsində yaralanıb.

Əraziyə təcili yardım və polis əməkdaşları cəlb olunub. Yaralılara ilkin tibbi yardım hadisə yerində göstərildikdən sonra onlar ambulansla xəstəxanaya çatdırılıb və müalicəyə alınıblar. Yaralıların vəziyyətinin yaxşı olduğu bildirilib.

Polisin keçirdiyi əməliyyat nəticəsində Şafak Ö. bir müddət sonra başqa ünvanda saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 198

Oxşar yazılar