Bazarda  çubuqla adam döyən   Azərbaycan vətəndaşının işi MƏHKƏMƏDƏ 
28 mart 2024 22:28 (UTC +04:00)

Bazarda çubuqla adam döyən Azərbaycan vətəndaşının işi MƏHKƏMƏDƏ 

Moskvada müstəntiqlər 2001-ci ildə bir nəfəri metal çubuqla döyən 57 yaşlı Azərbaycan vətəndaşı ilə bağlı cinayət işini başa çatdırıblar. 

Lent.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin paytaxt idarəsindən məlumat verilib.

O,  Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsi (“Qəsdən sağlamlığa ağır zərər vurma”) ilə ittiham olunur. Onun işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

İstintaqın versiyasına görə, 2001-ci il sentyabrın 17-də axşam saatlarında Moskvanın Vyatka ərzaq bazarında təqsirləndirilən şəxs metal çubuqla bir nəfəri döyüb. Nəticədə zərərçəkmiş həyati təhlükəsi olmayan xəsarətlər alıb. Daha sonra təqsirləndirilən şəxs istintaqdan qaçıb. Əlavə istintaq hərəkətləri zamanı o, Sankt-Peterburqda saxlanılıb.

Müstəntiqlər təqsirləndirilən şəxslə hadisənin şahidi arasında üzləşmə aparıb, o, müttəhimin hücum etdiyini təsdiqləyib. İstintaq zamanı təqsirləndirilən şəxs dəfələrlə ifadəsini dəyişsə də, sonradan günahını etiraf edib və törətdiyi cinayətdən peşman olub.

# 2580
avatar

Oxşar yazılar

Bakıda bu yolda sürət endirildi

Bakıda bu yolda sürət endirildi

3 may 2024 , 23:15
Polis kapitanı faciəvi   şəkildə öldü

Polis kapitanı faciəvi şəkildə öldü

3 may 2024 , 18:48
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

3 may 2024 , 17:31
İtkin düşən hamilə qadının meyiti tapıldı

İtkin düşən hamilə qadının meyiti tapıldı

3 may 2024 , 16:47
Bakıda kişi sevgilisinə görə özünə OD VURDU  - VİDEO  - YENİLƏNİB

Bakıda kişi sevgilisinə görə özünə OD VURDU - VİDEO - YENİLƏNİB

3 may 2024 , 16:37
Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ:  1 ölü, 4 yaralı

Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ: 1 ölü, 4 yaralı

3 may 2024 , 16:27
Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA:  7 nəfər öldü

Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA: 7 nəfər öldü

3 may 2024 , 15:24
Sürücü yol polisinə bıçaq çəkdi

Sürücü yol polisinə bıçaq çəkdi

3 may 2024 , 15:19