Məhəmməd Salah  ən eqoist   futbolçudur – “Liverpul”un keçmiş oyunçusu
03 may 2024 19:21 (UTC +04:00)

Məhəmməd Salah ən eqoist futbolçudur – “Liverpul”un keçmiş oyunçusu

"Liverpul"un keçmiş futbolçusu və baş məşqçisi Qrem Suness Mersisayd klubunun hücumçusu Məhəmməd Salahı tənqid edib.

"Şübhəsiz ki, Məhəmməd özü haqqında çox yüksək fikirdədir və o, keçən həftə “Vest Hem” ilə oyuna start heyətində başlamadığına görə qəzəblənib.

Salah indiyə qədər gördüyüm ən eqoist oyunçudur. Hətta “Vest Hem” ilə oyundan əvvəl, Klopp onu ehtiyat oyunçular skamyasında saxlayanda, Məhəmməd heç vaxt məşqçinun belə qərarını görməmişdi”, - Lent.az xarici KİV-ə istinadən bildirir ki, Suness söyləyib.

Məhəmməd Salah 2017-ci ildən "Liverpul"da çıxış edir. 
“Qırmızılar”la birlikdə Çempionlar Liqası, İngiltərə çempionatı, ölkədaxili kuboklar və klublararası dünya çempionatının qalibi olub. Bu mövsüm 31 yaşlı hücumçu bütün turnirlərdə 41 oyun keçirib, 24 qol vurub və 13 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3033
avatar

Oxşar yazılar