"Bəyaz Saray" şadlıq sarayı
05 avqust 2021 11:30 (UTC +04:00)

"Bəyaz Saray" şadlıq sarayı

"Bəyaz Saray"ın sahibi 4000 manat cərimələndi

0

Qaxda keçirilən monitorinqlər zamanı “Bəyaz Saray” şadlıq sarayında təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, yoxlama zamanı toy mərasimində iştirak edən qonaqların müəyyən edilən say həddindən, yəni 150 nəfərdən artıq olduğu, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı məlum olub.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin sahibi Əfqan Nəzirov barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə o, 4000 manat cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3771

Oxşar yazılar