Biləsuvarda DƏHŞƏT:  təzyiqdən öldüyü deyilən qadını gəlini öldürübmüş - YENİLƏNİB
15 dekabr 2025 10:04 (UTC +04:00)

Biləsuvarda DƏHŞƏT: təzyiqdən öldüyü deyilən qadını gəlini öldürübmüş - YENİLƏNİB

0

Biləsuvar sakini boğularaq öldürülüb, təfərrüatlar məlum olub.

Bir müddət öncə beyindaxili təzyiqdən öldüyü deyilən 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın qətlə yetirildiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə onun boğularaq öldürüldüyü məlum olub. Qətl hadisəsində şübhəli bilinən gəlini 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadə və gəlinin qardaşı 2000-ci il təvəllüdlü Qasım Həsənov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. /APA

 

 

***

09:40

Biləsuvarda təzyiqdən öldüyü deyilən qadının qətlə yetirildiyi məlum olub.

Hadisə rayonun İsmətli kəndində qeydə alınıb.

Belə ki, ilkin informasiyaya görə bir ay öncə kənd sakini 1953-ci il təvəllüdlü Almaz Cəfərova vəfat edib. Həmən vaxt onun qan təzyiqindən öldüyü bildirilib.

Dünən ortaya çıxan kamera görüntülərində onun gəlini tərəfindən boğulduğu aşkarlanıb.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma başlanılıb./ APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 728

Oxşar yazılar