Dünya şöhrətli qastronomiya platforması “TasteAtlas” "Dünyanın Ən Yaxşı Desertləri" siyahısını açıqlayıb.
Lent.az xəbər verir ki, Türk mətbəxi bu siyahıda öz damğasını vuraraq üç yeri zəbt edib.
“TasteAtlas”ın reytinqində Antakya Künefesi dünyanın ən yaxşı deserti seçilərək birinci yeri tutub.
Künefedən sonra paxlava və fıstıq ruletləri də ilk 10-luqda yerini tapdı. Türk mətbəxinin bu əvəzolunmaz desertləri öz dadları ilə bütün dünyada damaqları fəth edib.
Dünyanın ən yaxşı 10 desertinin siyahısı aşağıdakı kimidir:
Antakya Künefesi — Türkiyə
Qaymaqlı Dondurma — İngiltərə
“Gelato al Pistacchio” — İtaliya
Strudel — İtaliya
Paxlava — Türkiyə
Fıstıqlı Sarma — Türkiyə
“Tembleque” — Puerto-Riko
“Crêpes Sucrées” — Fransa
“Tinginys” — Litva
“Pão de Ló de Ovar” — Portuqaliya