Pirəkəşküldə partlayış olacaq - Əhaliyə xəbərdarlıq
15 dekabr 2025 09:32 (UTC +04:00)

Pirəkəşküldə partlayış olacaq - Əhaliyə xəbərdarlıq

0

Pirəkəşkül qəsəbəsi yaxınlığında partlayış səsləri eşidiləcək.

Lent.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat verib.

Bildirilib ki, 15-19 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar