“Crocus”un sahibi Araz Ağalarov ilk dəfə  terror aktından   DANIŞDI
24 mart 2024 00:08 (UTC +04:00)

“Crocus”un sahibi Araz Ağalarov ilk dəfə terror aktından DANIŞDI

“Crocus City Hall”un sahibi Araz Ağalarov konsert zalında baş verən terror aktına ilk dəfə münasibət bildirib. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki,  o, hadisəni “dəhşətli faciə” adlandırıb.

Ağalarov bildirib ki, terrorçular konsert zalına qonşu sərgi mərkəzinin pəncərəsindən daxil olublar. Bundan sonra onlar gördükləri hər şeyi atəşə tutmağa başlayıblar. 

“Crocus”un sahibinin sözlərinə görə, bir mühafizəçi həlak olub, digəri isə yaralanıb. “Onlar hətta mühafizəçi də deyillər. Biz onlara “nəzarətçilər” deyirik”, - Ağalarov qeyd edib.

“Crocus City Hall” konsert zalında atışma 2024-cü il martın 22-də axşam baş verib. “Piknik” qrupunun konsertindən əvvəl kamuflyajlı şəxslər avtomat silahlardan atəş açıblar. Bundan sonra binada yanğın başlayıb. 

Son məlumata görə, hadisə nəticəsində 150 nəfər həlak olub.

 

# 4209
avatar

Oxşar yazılar