Rusiyada alim yol qəzasında ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Leninqrad vilayətində Sapernoye-Melnikovo-Kuzneçnoye magistralının 16-cı kilometrliyində baş verib.
Qəza nəticəsində Sankt-Peterburqun “Eskelena” tibbi tədqiqat təşkilatının direktorlar şurasının rəhbəri, 45 yaşlı Konstantin Zaxarova ölüb. Bu təşkilat pandemiya zamanı “Sputnik V” koronavirus peyvəndini sınaqdan keçirən ilk təşkilat olub.
Məlumata görə, “MAN” markalı yük maşınının sürücüsü təkərin partlaması səbəbindən qarşıdan gələn “Audi Q7” markalı avtomobillə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü dünyasını dəyişib.
Yük maşınını 32 yaşlı Qırğızıstan vətəndaşı idarə edib. Hazırda yol hərəkəti qaydalarının pozulması ilə bağlı başlanmış cinayət işi çərçivəsində araşdırmalar aparılır.