Gəncədə 14 yaşlı oğlan zarafata görə  bıçaqlandı
12 iyul 2025 13:16 (UTC +04:00)

Gəncədə 14 yaşlı oğlan zarafata görə bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 14 yaşlı M. Yusufzadə budunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, 14 yaşlı yeniyetməni dostu bıçaqlayıb. Hadisənin zarafat üstündə baş verdiyi bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 742

Oxşar yazılar