Daha bir klinikada plastik əməliyyat QALMAQALI
19 yanvar 2026 19:37 (UTC +04:00)

Daha bir klinikada plastik əməliyyat QALMAQALI

0

Qasımova Gülbəniz Mahir qızının 2024-cü il  aprelin 4-də Bakı şəhəri, Nizami rayonunda yerləşən “HTC Cliniva Hospital”da həkim ümumi cərrah Rauf  Xəlilovun  “abdominaplastika” (qarın gərmə) əməliyyatının düzgün olunması səbəbindən səhhətinin ağırlaşması və həkimin ondan qanunsuz ödənişlər tələb etməsi barədə müraciəti üzrə Nizami rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Nizami rayon prokurorluğunda aparılan araşdırma zamanı çoxsaylı istintaq hərəkətləri icra olunub, o cümlədən komisyon məhkəmə-tibb ekspertizası təyin edilib.

Ekspertizanın rəyinə əsasən Gülbəniz Qasımovanın məhkəmə-tibbi müayinəsi zamanı onda sağlamlığa zərərvurmanın qiymətləndirilməsində meyar kimi qiymətləndirilə biləcək hər hansı obyektiv morfoloji əlamət müəyyən ediməyib, habelə, “Herniotomiya, hernioplastika və abdominoplastika” əməliyyatını icra edən briqadanın tərkibinin normativ aktlara uyğun olması müəyyən edilib.

Qeyd olunanlar nəzərə alınaraq toplanmış material üzrə 2025-ci il sentyabrın 1-də cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilib və vətəndaşa hüquqları izah olunub.

Eyni zamanda “HTC Cliniva Hospital”ın həkim cərrahı Xəlilov Rauf Qurban oğlunun fəaliyyəti yol verdiyi nöqsan və çatışmazlıqların aradan qaldırılması və gələcəkdə təkrar olunmamasına dair müvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluq Səhiyyə Nazirliyinə təqdimat göndərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar