"Ermənistan ordusunun qalıqlarının atdığı snayper gülləsindən yaralandım" - VARDANYANIN MƏHKƏMƏSİ
06 may 2025 15:04 (UTC +04:00)

"Ermənistan ordusunun qalıqlarının atdığı snayper gülləsindən yaralandım" - VARDANYANIN MƏHKƏMƏSİ

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə mayın 6-da keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxslər dindirilir.

Lent.az xəbər verir ki, zərərçəkmiş şəxs qismində tanınan Sadiq Baxşıyev ifadə verib. O, ifadəsində Ağdərə rayonu ərazisində Ermənistan Silahlı Qüvvələrinin qalıqları tərəfindən atılan snayper gülləsinin dəyməsi nəticəsində xəsarət aldığını bildirib. Onun aldığı xəsarət sağlamlığa ağır zərərvurmaya aiddir.

Məhkəmə prosesində zərərçəkmiş şəxs barəsində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi də elan edilib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3122

Oxşar yazılar

General vəzifəsində  olan polis polkovniki istefa verdi  - ŞOK SƏBƏB

General vəzifəsində olan polis polkovniki istefa verdi - ŞOK SƏBƏB

21 iyun 2025 , 10:45
Bakıda avtomobilin vurub öldürdüyü  şəxsin adı bilindi - HADİSƏ ANI

Bakıda avtomobilin vurub öldürdüyü şəxsin adı bilindi - HADİSƏ ANI

21 iyun 2025 , 09:24
Azərbaycanda jurnalist vəfat etdi

Azərbaycanda jurnalist vəfat etdi

21 iyun 2025 , 09:11
Gəncədə iki nəfər  qidadan zəhərləndi

Gəncədə iki nəfər qidadan zəhərləndi

20 iyun 2025 , 23:59
Gənc oğlan Araz çayında  batdı   -  YENİLƏNİB

Gənc oğlan Araz çayında batdı - YENİLƏNİB

20 iyun 2025 , 19:41
Füzulidə kişi evinin həyətində ölü tapıldı

Füzulidə kişi evinin həyətində ölü tapıldı

20 iyun 2025 , 19:33
Özünə qəbir qazdırdı, 1 gün sonra öldü

Özünə qəbir qazdırdı, 1 gün sonra öldü

20 iyun 2025 , 18:17
Polis polkovniki həbs olundu

Polis polkovniki həbs olundu

20 iyun 2025 , 17:48