Evdən qızıl oğurlayan qadınlar tutuldu
02 fevral 2023 13:24 (UTC +04:00)

Evdən qızıl oğurlayan qadınlar tutuldu

Biləsuvarda ev qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayon ərazisindəki evlərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini B.Nəbiyeva, Yevlax rayon sakinləri Ş.Əmiraslanova və Ə.Nadirov saxlanılıblar.

Araşdırma aparılır.

# 1530
avatar

Oxşar yazılar