Evlərdə başlayan yanğın çayxanaya keçdi
19 avqust 2021 18:08 (UTC +04:00)

Evlərdə başlayan yanğın çayxanaya keçdi

Bakıda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Yasamal rayonunda ümumi sahəsi 52 m² olan birmərtəbəli evin dam örtüyü 40 m² sahədə yanıb. Həmçinin evə bitişik ümumi sahəsi 100 m² yaşayış olmayan birmərtəbəli evin dam örtüyü 60 m² sahədə alışıb.

Yanğın ümumi sahəsi 100 m² olan çayxanaya da keçib. Belə ki, orada 2 ədəd kondisioner də zərrə görüb.

Hər iki evin qalan hissəsi və çayxana yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 1686
avatar

Mehman Nəbiyev

Oxşar yazılar