FHN-in daha bir heyəti Türkiyəyə yola düşdü - FOTO
08 fevral 2023 10:20 (UTC +04:00)

FHN-in daha bir heyəti Türkiyəyə yola düşdü - FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, qüvvələrin tərkibinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq şəxsi heyəti daxildir.

Axtarış-xilasetmə əməliyyatları üçün qüvvələri qardaş ölkəyə çatdıracaq təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.

# 1923
avatar

Oxşar yazılar