Gənc yazıçı axtarışa verildi
10 aprel 2024 12:26 (UTC +04:00)

Gənc yazıçı axtarışa verildi

Rusiya Daxili İşlər Nazirliyi yazıçı və qadın hüquqları müdafiəçisi Dariya Serenkonu cinayət işi çərçivəsində axtarışa verib.

Lent.az yerli mediaya istinadla bildirir ki, axtarış bazasında deyilir: “Dariya Andreyevna Serenko 23 yanvar 1993-cü ildə anadan olub. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışdadır”. Lakin axtarışın konkret hansı maddə ilə aparıldığı göstərilmir.

Xüsusi hərbi əməliyyat başlayandan sonra qız xarici agent kimi tanınan Feminist Müharibə Əleyhinə Müqavimət hərəkatının qurucularından biri olub. Serenko Rusiyadan kənarda yaşayır. Ötən ilin yanvarında Ədliyyə Nazirliyi fəalı xarici agentlər siyahısına daxil edib. Rəsmi əsaslandırmada bildirilir ki, o, Ukraynaya dəstək üçün vəsait toplayıb, LGBT* münasibətlərinin təşviqi üçün tədbirlər keçirib və etiraz aksiyası iştirakçılarını dəstəkləyib.

Daria Serenko həm də bir neçə kitabın müəllifidir.

# 3147
avatar

Oxşar yazılar