Gəncədə 25 yaşlı gənci qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNİB 2
03 fevral 2026 07:45 (UTC +04:00)

Gəncədə 25 yaşlı gənci qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNİB 2

0

Gəncədə 25 yaşlı gənci qətlə yetirən şəxs saxlanılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 37 yaşlı Murad Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

5:31

Gəncədə bıçaqlanan şəxs xəstəxanada ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, əməliyyat zamanı həkimlərin bütün tibbi yardımlarına baxmayaraq 25 yaşlı R. Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

00:31

Gəncə sakininə kəsici alətlə xəsarət yetirilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü R. Məmmədov bədənin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yeləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 978

Oxşar yazılar