Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı - YENİLƏNİB
02 fevral 2026 19:35 (UTC +04:00)

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı - YENİLƏNİB

1

Xırdalanda evdən meyiti tapılan şəxsin keçmiş həbsxana rəisi olduğu məlum olub.  

Lent.az "oxu.az"a istinadən xəbər verir ki, evdən meyiti tapılan, 58 yaşlı Nürəli Mahiyəddin oğlu Eyvazov təqaüddə olan ədliyyə polkovniki olub.

Nürəli Eyvazov əvvəllər 4 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin, sonuncu dəfə isə Qobustanda yerləşən 4 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışıb. O, bir neçə il əvvəl təqaüdə çıxıb.

Məlumata görə, onun meyiti iylənibmiş. 

Qonşuları mənzildən kəskin qoxu gəlir deyə polisə məlumat verib.

Mənzilin qapısı açıldıqdan sonra ev sahibi Nürəli Eyvazovun meyiti otaqlardan birində aşkarlanıb. Cəsədin vəziyyətindən onun bir neçə gün əvvəl vəfat etdiyi müəyyən olunub. Bildirilib ki, ailə üzvlərinin bu hadisədən xəbəri olmayıb.

Mərhumun həmin evdə tək yaşadığı qeyd olunur.

***

Saat 10:56

Abşeronda evdən iki meyit tapılıb. 

Lent.az xəbər verir ki, hadisələrdən biri Xırdalan şəhərində qeydə alınıb. 

Şəhər sakini, 58 yaşlı Nurəli Məhiyəddin oğlu Eyvazovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə aşkar edilib.

Digər hadisə isə Abşeron rayonu Hökməli qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini, 60 yaşlı Azad Adil oğlu Əliyev yaşadığı evdə ölü tapılıb.

Araşdırmalar rayon prokurorluğunda aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1452

Oxşar yazılar