Çayın üzərindəki nazik təbəqə  haqqında şok həqiqət:  Görün nə içirik
02 fevral 2026 16:29 (UTC +04:00)

Çayın üzərindəki nazik təbəqə haqqında şok həqiqət: Görün nə içirik

0

Bəzən dəmlənmiş çayın səthində bitki yağına bənzəyən nazik bir təbəqə görmək olur. Bir çox insan bunu dərhal pestisid izləri ilə əlaqələndirsə də, mütəxəssislər bildirirlər ki, müasir bitki mühafizə vasitələri çayda demək olar iz buraxmır.

Əslində bu “yağlı” kimi görünən təbəqə çox vaxt çayın tərkibindəki polifenolların suda olan kalsium duzları və havadan daxil olan oksigen ilə reaksiyası nəticəsində yaranır.

Çayın üzərində təbəqənin yaranmasının əsas səbəbləri

Lent.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu hal daha çox aşağıdakı amillərlə bağlıdır:

Suyun keyfiyyəti

Suda kalsium və maqneziumun yüksək olması nazik çöküntünün və təbəqənin əmələ gəlməsini sürətləndirir.

Oksigenin miqdarı

Suda oksigen nə qədər çox olarsa, çayın üzərində təbəqə də bir o qədər tez formalaşır.

Çayı “yağlı təbəqəsiz” necə dəmləmək olar?

Çayın daha şəffaf və xoş görünməsi üçün sadə qaydalara əməl etmək kifayətdir:

Yumşaq su istifadə edin – filtrdən keçirilmiş və ya qablaşdırılmış su daha uyğundur.

Bir neçə damcı limon və ya portağal əlavə edin – bu, təbəqənin yaranmasını ləngidir.

Çayın üzərindəki təbəqə təhlükəlidirmi?

Mütəxəssislər vurğulayır ki, çayın üzərində yaranan bu nazik təbəqə tamamilə təhlükəsizdir və sağlamlığa zərər vermir. Sadəcə, bəzi hallarda içkinin dadına çox cüzi təsir göstərə bilər.

Çayın həm görünüşünün daha cazibədar, həm də dadının daha yaxşı olmasını istəyirsinizsə, suyun keyfiyyətinə diqqət yetirmək və çayı düzgün temperaturda dəmləmək tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar