Göyçayda iki avtomobil toqquşdu-6 nəfər xəsarət alıb
31 dekabr 2025 20:17 (UTC +04:00)

Göyçayda iki avtomobil toqquşdu-6 nəfər xəsarət alıb

0

Bu gün saat 16 radələrində Göyçay rayonunun Mırtı kəndi ərazisində “VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub.

Lent.az xəbər verir ki, hadisə nəticəsində 1998-ci il təvəllüdlü Haqverdiyev Rauf, 1995-ci il təvəllüdlü Məsimov Kərim, 2020-ci il təvəllüdlü Məsimov Orxan, 2020-ci il təvəllüdlü Məsimov Ayxan, 2000-ci il təvəllüdlü Əliyev İsa və 2006-ci il təvəllüdlü Əliyev Loğman
xəsarət alıblar. 
7 yaşlı Məsimov Nihat isə aldığı xəsarətlərdən vəfat edib. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nin sorğusuna  cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


***
19:01

Göyçayda iki avtomobil toqquşub, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki,  hadisə rayonun Mırtı kəndi ərazisində qeydə alınıb.

“Mercedes” və “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2-i azyaşlı olmaqla, 5 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yarlılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar