Perunun əsas turistik məkanı olan Maçu-Pikçuya aparan dəmiryolunda iki qatarın toqquşması nəticəsində bir maşinist ölüb, təxminən 40 nəfər yaralanıb.
Lent.az xəbər verir ki, bu barədə "Reuters"məlumat yayıb.
Məlumata görə, qatarlar əsasən turist daşıyan "Inca Rail SA" və "PeruRail SA" şirkətlərinə məxsus olub. Səhiyyə rəsmisi yaralılardan təxminən 20 nəfərin vəziyyətinin nisbətən ağır olduğunu bildirib.
Hakimiyyət orqanları hadisənin səbəblərini araşdırır.