İranda vəziyyət gərginləşir:  polislə qarşıdurma və istefa verənlər var - VİDEO
30 dekabr 2025 21:57 (UTC +04:00)

İranda vəziyyət gərginləşir: polislə qarşıdurma və istefa verənlər var - VİDEO

0

İranda etirazlar genişlənir. 

Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, iki gün əvvəl Tehranda baş qaldıran etirazlar digər şəhərlərə də keçib. Böyük şəhərlərdə xalq küçələrə axışaraq rejimə nifrətini bildirir.

Molla rejimi isə aksiyaları güc tətbiq etməklə dağıtmağa çalışır.

Bu gün Tehranın Şuş bölgəsində etirazçılarla polis qüvvələri arasında qarşıdurma da yaşanıb. 

Məlumata görə, etirazçılar və təhlükəsizlik qüvvələri üz-üzə gəlib, ərazidə gərginlik yaranıb.

Qarşıdurma zamanı saxlanılanların və xəsarət alanların olduğu bildirilir. 

Qeyd edək ki, Tehranda başlayan etirazların fonunda İran Mərkəzi Bankının sədri Mohammad Farzin və İran prezidentinin siyasi məsələlər üzrə müavini Mehdi Sənayi istefa veriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar