"Barselona" Levandovskinin yerinə bu oyunçunu seçdi
30 dekabr 2025 19:20 (UTC +04:00)

"Barselona" Levandovskinin yerinə bu oyunçunu seçdi

0

İspaniya çempionu "Barselona" polşalı hücumçu Robert Levandovskinin yerinə əsas namizədlərdən biri kimi "Yuventus"un hücumçusu Duşan Vlahoviçi nəzərdən keçirir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Vlahoviçin Turin klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.

"Barselona" serbiyalı futbolçunu bu yay pulsuz transfer etmək və ya qış transfer pəncərəsi zamanı əlverişli şərtlərlə transfer danışıqları aparmaq istəyir. Kataloniya klubu artıq danışıqlara başlayıb.

Vlahoviç hazırkı İtaliya liqasında 13 oyunda meydana çıxıb və üç qol vurub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar