Göygöldə polisin avtomobilinin təkəri partladı  və...
08 iyun 2022 00:42 (UTC +04:00)

Göygöldə polisin avtomobilinin təkəri partladı və...

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Hacıməlik kəsəbəsindən keçən hissəsində  qeydə alınıb.

1978-ci il təvəllüdlü Qasımov Qubat idarə etdiyi "KHAZAR" markalı maşınla hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki polis mayoru  Qubat Qasimov Gəncə şəhər Baş Polis idarəsinin 1-ci polis şöbəsinin  əməkdaşıdır. O xidməti avtomobili ilə qəzaya düşüb. İlkin etimala görə qəzaya avtomobilin təkərinin partıaması səbəb olub. 

Faktla bağlı araşdırma aparılır. 

# 1854
avatar

Oxşar yazılar