Hacıqabulda palçıq vulkanı  püskürdü -  VİDEO   -  YENİLƏNİB
30 yanvar 2026 19:04 (UTC +04:00)

Hacıqabulda palçıq vulkanı püskürdü - VİDEO - YENİLƏNİB

0

Bu gün yerli vaxtla saat 16:53-də Hacıqabul rayonunda palçıq vulkanın püskürməsi qeydə alınıb.

Lent.az xəbər verir ki, palçıq vulkanının püskürməsi AMEA nəzdində RSXM-nin vulkanətrafı seysmik stansiyaları tərəfindən qeydə alınıb.

RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin məlumatına əsasən palçıq vulkanının püskürməsi 13 dəqiqə davam edib, bir faza ilə xarakterizə olunub. Püskürmənin dərinliyi 3 kilometr, püskürmə nəticəsində ayrılan enerji 3.38×10^6 coul olub.

***

17:50

Hacıqabul rayonu ərazisində yerləşən Haramı dağında palçıq vulkanı püskürüb.

Lent.az APA-ya istinadla bildirir ki, bir neçə saniyə püskürən palçıq vulkanı hündürlüyə qalxan alovla müşayiət edilib.

Vulkan püskürməsi Bakı-Qazax magistralından, Hacıqabul ərazisində yerləşən bir neçə kənddən müşahidə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar