Bərdədə gənc oğlan öz mağazasında  zəhərlənib öldü - YENİLƏNİB
30 yanvar 2026 11:41 (UTC +04:00)

Bərdədə gənc oğlan öz mağazasında zəhərlənib öldü - YENİLƏNİB

0

Bərdədə kimyəvi məhluldan zəhərlənərək ölən gənclə bağlı yeni təfərrüat məlum olub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, 28 yaşlı Sabir Mehman oğlu Abbasov yaşadığı Əliyanlı kəndində icarə ilə mağaza işlədirmiş. O, elə işlətdiyi həmin mağazada naməlum şəraitdə kimyəvi məhlul içib və zəhərlənərək ölüb.

Hazırda faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.

***
29 yanvar, saat: 10:43

Bərdədə gənc oğlan kimyəvi maddədən zəhərlənib.

Lent.az xəbər verir ki, hadisə Əliyanlı kəndində qeydə alınıb.

Kənd sakini 28 yaşlı Sabir Abbasov yaşadığı evdə içdiyi kimyəvi maddədən zəhərlənərək ölüb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 916

Oxşar yazılar