Bakıda itən Səid  ailəsinə təhvil verildi: anası DANIŞDI - VİDEO
30 yanvar 2026 17:33 (UTC +04:00)

Bakıda itən Səid ailəsinə təhvil verildi: anası DANIŞDI - VİDEO

0

Bakıda itən Səid ailəsinə təhvil verilib.

Lent.az xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Səid anasından küsdüyü üçün evdən qaçdığını və yolunu azdığını söyləyib.

8 yaşlı Səidin anası Gülçöhrə Hacıyeva “qafqazinfo”ya açıqlamasında bildirib ki, onun küsməsinə səbəb küçədə uşaqlarla dalaşması olub: “Oğlum uşaqlarla birgə küçədə oynayırdı. Top üstündə dalaşırdılar. Mən də acıqlanıb topu əlindən aldım. Sonra baxdım ki, yoxdur. Şoka düşdüm ki, bu uşaq hara yoxa çıxdı?! 1 saat onu axtarmışam. Yəni ciddi bir şey olmayıb”. 

***
15:07

Həyata keçirilən operativ tədbirlər nəticəsində uşağın valideynləri müəyyən edilərək onlarla əlaqə saxlanılıb.

Bu barədə Lent.az-a DİN mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, azyaşlının atası ekoloji nəzarət postuna dəvət olunub.

***
14:43

Bakıda itən azyaşlının valideynləri axtarılır.

Lent.az xəbər verir ki, bu barəd DİN-in mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev öz sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda qeyd edilib ki, YPX əməkdaşları kənar dairəvi yolda, hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdən keçən Səid adlı azyaşlı uşaq aşkarlayıb:

"Uşağı tanıyan şəxslərdən xahiş olunur ki, onun ailə üzvlərinin tapılmasına köməklik göstərsinlər. Hazırda uşaq ekoloji nəzarət postundadır, onunla polis əməkdaşları məşğul olur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1564

Oxşar yazılar