Hacıqabulda AĞIR QƏZA:  3 nəfər öldü, yaralılar var - YENİLƏNİB
03 yanvar 2025 09:05 (UTC +04:00)

Hacıqabulda AĞIR QƏZA: 3 nəfər öldü, yaralılar var - YENİLƏNİB

Hacıqabulda baş verən yol qəzasında ölənlərin sayı 3-ə çatıb.

Lent.az APA-ya istinadla bildirir ki, xəsarət alaraq xəstəxanaya yerləşdirilən 7 yaşlı Qəhrəmanova Günel Vilayət qızı orada həyatını itirib.

***
03:35

Hacıqabulda baş verən qəzada ölənlərin sayı 2-yə çatıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan sərnişin, 1996-cı il təvəllüdlü Qəhrəmanova Aminə Fikrət qızı xəstəxanada dünyasını dəyişib.

***
18:12
02.01.2025


Hacıqabulda baş verən qəzada 5 nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza zamanı bir ailənin 4 üzvü-Sabirabad sakinləri, 9 yaşlı Qəhəmanov Yusif Zamin oğlu, 7 yaşlı Qəhrəmanova Günel Vilayət qızı, 29 yaşlı Qəhrəmanova Aminə Fikrət qızı, 35 yaşlı Qəhrəmanlı Vilayət Rzaxan oğlu, Bakı sakini, 9 yaşlı Sarıyev Elvin Elşən oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Daha 2 nəfər ambulator yardım alıb.

Faktla bağlı araşdırma aparılır.

***
16:06

Hacıqabulda baş verən qəzada ölən və yaralananlar var.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ 2107" markalı avtomobil dönmə əməliyyatı zamanı sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin qarşısına çıxıb. Nəticədə "VAZ 2107" markalı avtomobil yoldan çıxaraq restoranın qarşısında dayanan digər avtomobillərə çırpılıb. Qəza zamanı azyaşlı ölüb, digər 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacıqabulda qəzada azyaşlı ölüb, xəsarət alanlar varHacıqabulda qəzada azyaşlı ölüb, xəsarət alanlar varHacıqabulda qəzada azyaşlı ölüb, xəsarət alanlar var

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7963

Oxşar yazılar

4 uşaq qazdan zəhərləndi, ikisi öldü

4 uşaq qazdan zəhərləndi, ikisi öldü

14 iyun 2025 , 17:45
Lənkəranda yeniyetmə dənizdə boğuldu

Lənkəranda yeniyetmə dənizdə boğuldu

14 iyun 2025 , 17:33
İrandan qarpız gətirən maşından 207 kilo narkotik  çıxdı

İrandan qarpız gətirən maşından 207 kilo narkotik çıxdı

14 iyun 2025 , 16:58
Aktyor göldə boğulub öldü

Aktyor göldə boğulub öldü

14 iyun 2025 , 16:49
Kürdəmirdə iki qəza olub, bacı-qardaş yaralanıb

Kürdəmirdə iki qəza olub, bacı-qardaş yaralanıb

14 iyun 2025 , 16:43
Bakıda azyaşlı binadan yıxılıb öldü

Bakıda azyaşlı binadan yıxılıb öldü

14 iyun 2025 , 15:32
Bakıda mağazanı qarət edən qadınlar tutuldu

Bakıda mağazanı qarət edən qadınlar tutuldu

14 iyun 2025 , 15:14
Qonaqlığa pulları çatmadı, araq və kolbasa  oğurladılar

Qonaqlığa pulları çatmadı, araq və kolbasa oğurladılar

14 iyun 2025 , 14:36