Küçədə döyüb hər şeyini əlindən aldı - BAKIDA
14 iyun 2025 18:23 (UTC +04:00)

Küçədə döyüb hər şeyini əlindən aldı - BAKIDA

Bakıda quldurluq hadisəsi olub.

Lent.az xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində paytaxt sakini olan bir nəfərə qarşı quldurluq etməkdə şübhəli bilinən 35 yaşlı Füzuli Rzayev saxlanılıb. 

Belə ki, o, gecə saatlarında yolda qarşılaşdığı zərərçəkənə fiziki zor tətbiq edərək pul vəsaitini və digər qiymətli əşylarını ələ keçirib. Daha sonra F.Rzayev zərərçəkmişin telefonundakı mobil tətbiq vasitəsilə onun bank kartındakı 1200 manatı da öz hesabına köçürüb.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 772

Oxşar yazılar