Heydər Əliyev prospektində baş vermiş qəza  yolda hərəkəti iflic etdi - YENİLƏNİB  - VİDEO
29 dekabr 2025 01:13 (UTC +04:00)

Heydər Əliyev prospektində baş vermiş qəza yolda hərəkəti iflic etdi - YENİLƏNİB - VİDEO

0

Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza “KİA” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.

Hadisə zamanı hər iki avtomobilin sürücüsü və sərnişinləri müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Əraziyə dərhal Dövlət Yol Polisi və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılara ilkin tibbi yardım göstərilib və onlar xəstəxanaya çatdırılıblar.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

***

00:36

Nərimanov rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəza səbəbilə "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq yaranıb.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 608

Oxşar yazılar