İmişlidə ağır qəzada ölənlərin   və yaralının adları bilindi - YENİLƏNİB
09 noyabr 2026 13:22 (UTC +04:00)

İmişlidə ağır qəzada ölənlərin və yaralının adları bilindi - YENİLƏNİB

0

İmişlidə qəzada ölən və xəsarət alanların adları bilinib.

Lent.az-ın əldə etdiyi xəbərə görə, 38 yaşlı Həsən Həsənovun idarə etdiyi "Kia" markalı avtomobillə 44 yaşlı Emin Ələkbərovun idarə etdiyi "DAF" markalı yük avtomobili toqquşub.

Nəticədə H. Həsənov və sərnişini, 46 yaşlı Gülrəng Əliyeva hadisə yerində həlak olublar. Digər sərnişin 45 yaşlı Mənsur Rzayev isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***
12:18

İmişlidə yol qəzası zamanı vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıblar.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, hadisə İmişli-Kürdəmir avtomobil yolunun Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində baş verib.

“112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “DAF” markalı yük və “KİA” markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qaldığ müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən qəza nəticəsində vəfat edən sürücünün (kişi cinsli) və sərnişinin (qadın cinsli) meyiti “KİA” markalı minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***
11:50

İmişlidə ölümlə nəticələnən yol qəzası olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Telişli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobilinin yük avtomobili ilə toqquşması nəticəsində 2 nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 788

Oxşar yazılar