İran ərazisində tapılan balıqçının meyiti  Azərbaycana təhvil verildi - VİDEO
30 dekabr 2025 01:28 (UTC +04:00)

İran ərazisində tapılan balıqçının meyiti Azərbaycana təhvil verildi - VİDEO

1

İtkin düşmüş hesab edilən balıqçı Turan Həsənovun meyiti Azərbaycana verilib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə 19.12.2025-ci il tarixdə Xəzər dənizinin İran ərazisində meyit tapılması barədə məlumat verilmişdi.

Araşdırmalar zamanı məlum olub ki, meyit itkin düşmüş Astara rayonunun Şahağac kənd sakini, balıqçı 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğluna aiddir.

Meyitin qarşı tərəfə verilməsi istiqamətində danışıqlar aparılıb və bu gün Turan Həsənovun meyiti Azərbaycana verilib.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Qeyd edək ki, 19 dekabrda səhər saatlarında Astara rayonunun Şahağac kəndi yaxınlığında balıqçılardan biri 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun meyiti tapılıb. Hər iki balıqçı dekabrın 9-da səhər saat 8 radələrində balıq tutmaq məqsədi ilə Xəzər dənizinə çıxıblar və onlar itkin düşmüş hesab edilirdilər.

Aidiyyəti orqanlar 10 gün ərzində dənizdə və havadan onların axtarışını aparıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 344

Oxşar yazılar