İsmayıllıda kanalda batan gəncin meyiti tapılıb.
Lent.az-ın məlumatına görə, dalğıcların axtarışları nəticəsində kanalda batan 23 yaşlı Rəvan Məhərrəmovun meyiti tapılaraq, aidiyyəti üzrə təhvil verilib.
Araşdırma aparılır.
***
17:46
İsmayıllıda gənc oğlan su kanalında batıb.
Lent.az-ın məlumatına görə, hadisə Qubaxəlilli kəndində qeydə alınıb.
Kənd sakini 23 yaşlı Rəvan Məhərrəmov su kanalında batıb.
Hazırda axtarışlar davam edir.